Tramp, Ukraynadakı münaqişəni başa çatdırmaq planlarından danışıb...
...Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq planlarından danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bunu Kick platformasında yayımçı Edin Rossla müsahibəsində deyib.
...Deməli onun sözlərinə görə, prezident seçkilərində qalib gəldikdən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenski ilə əlaqə saxlayacaq.
...Seçkilərdə qalib gəlsəm, mən onların hər ikisini çox yaxşı tanıyıram deyə, ilk işim Putin və Zelenski ilə əlaqə saxlamaq və onlarla sülh danışıqlarına başlamaq olacaq
...Daha əvvəl Donald Tramp bildirib ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris silahlı münaqişənin qarşısını almaq üçün Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl Vladimir Putinlə danışmağa “göndərilmişdi”.
Trampın sözlərinə görə, amma o, məqsədinə nail ola bilmədi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB