Moskva çətin anlarda həmişə Tehranın yanında olub..?

İran Rusiya ilə münasibətləri gücləndirməyi prioritetlərindən biri adlandırıb
Moskva çətin anlarda həmişə Tehranın yanında olub..?

Rusiya kimi strateji tərəfdaşla münasibətləri gücləndirmək İranın xarici siyasətinin prioritetidir.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə respublika prezidenti Məsud Pezeşkian deyib.

İran lideri vurğulayıb ki, Moskva çətin anlarda həmişə Tehranın yanında olub.

Öz növbəsində, Sergey Şoyqu İranı Moskvanın regionda əsas strateji müttəfiqlərindən biri adlandırıb və onunla bütün mümkün sektorlarda əlaqələri inkişaf tdiyini bildirib.

Rusiya Təhlükəsizlik Şurasının əməkdaşlarının aydınlaşdırdığı kimi, ikitərəfli danışıqların əsas mövzuları təhlükəsizlik sahəsində əməkdaşlıq, birgə ticarət-iqtisadi layihələr, eləcə də qlobal və regional təhlükəsizlikdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə