Gürcüstan prezidenti “kölgə oliqarx” İvanişvilini debata çağırıb

Heç kim onun harada olduğunu, nə istədiyini, niyə və bu ölkə ilə nə etdiyini başa düşə bilməz...
Gürcüstan prezidenti “kölgə oliqarx” İvanişvilini debata çağırıb

...Gürcüstan prezidenti Salome Zurabişvili oliqarx, hakim “Gürcü arzusu” partiyasının fəxri prezidenti Bidzina İvanişvilini debata çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, “İnterpressnews” xəbər verir ki, o, bu barədə bazar ertəsi, avqustun 5-də keçirdiyi mətbuat konfransında bildirib.

Zurabişvilinin sözlərinə görə, İvanişvili Gürcüstan üçün nə istədiyi ilə bağlı mövqeyini açıq şəkildə izah etməlidir.

...Heç kim onun harada olduğunu, nə istədiyini, niyə və bu ölkə ilə nə etdiyini başa düşə bilməz. Mən hazıram və onu debata dəvət edirəm.

Bunu deyən Gürcüstan prezidenti əlavə edib ki, “Gürcü Arzusu”nun fəxri prezidenti bəziləri tərəfindən “dövlət başçısı” hesab olunur.

Qeyd edək ki, oliqarxın ətrafındakılar hələ ki, Zurabişvilinin təklifini şərh etməyiblər.

...Və yeri gəlmişkən, Bidzina İvanişvili keçmiş baş nazir və “Gürcü Arzusu”nun keçmiş lideridir. İvanişvili 2021-ci ildə siyasətdən rəsmən istefa versə də, hökumətin əleyhdarları o vaxtdan dəfələrlə onun ölkəni “pərdəarxası” idarə etməyə davam etdiyini və təkcə bütün nazirlərin deyil, həm də dövlət qurumlarının ona tabe olduğunu iddia ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə