...Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ölkənin Rusiyaya qarşı müdafiəçiləri ilə birlikdə cəbhə xəttindədir və digər komandirlər də bunu etməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 5-də etdiyi müraciətdə bildirib.
...Bu gün Ali Baş Komandan Sırskinin hesabatı var idi, o, indi birbaşa cəbhə xəttində, döyüş briqadalarımızın konkret ehtiyaclarını, hər bir istiqamətdə konkret vəziyyəti müəyyənləşdirir. Bütün səviyyələrdəki komandirlər ən çətin tapşırıqları yerinə yetirən əsgərlərlə əlaqə saxlaması çox vacibdir.
Bunu Zelenski bildirib.
Onun sözlərinə görə, bunun üçün artıq çox işlər görülüb.
Ukrayna prezidenti, əsgərlərinin yanında olan hər bir komandirə təşəkkür edib.
...Bu gün biz Baş nazir Denis Şmıqal ilə bu ay üçün iş qaydasını ətraflı şəkildə işlədik. Baş nazir məmurların regional işi haqqında da məlumat verdi - hökumətin bölgələrdə olması və həqiqətən problemləri görməsi, operativ və yerli qərarlar qəbul etməsi düzgündür.
Bunu da bildirən Prezident qarşıdakı tədris ilinə hazırlığı da qeyd edib.
Onun dediyinə görə, indi yeni tədris ilinə hazırlıqla bağlı çoxlu suallar var. Bizim prioritetimiz təhlükəsizliyin imkan verdiyi bütün regionlardakı məktəblərin uşaqlar üçün açılmasına və mümkün qədər oflayn fəaliyyət göstərməsinə kömək etməkdir. Hökumət indi məhz buna kömək edəcək bir neçə texniki həllər hazırlayır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB