Ruslar Ukraynanı kənd-kənd zəbt edir, Ukrayna ordusu isə...

...onların qarşısını ala bilmir
Ruslar Ukraynanı kənd-kənd zəbt edir, Ukrayna ordusu isə...

...Ukraynada cəbhənin iki sektoru var ki, orada rus qoşunları həqiqətən irəliləyirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Almaniyanın Welt telekanalının müxbiri Kristof Vanner deyir.

Onun dediyinə görə, söhbət Toretsk və Pokrovskdan gedir. Rusiya hərbçiləri kənd-kənd zəbt edir, Ukrayna ordusu isə cəbhədə vəziyyəti sabitləşdirə bilmir.

...Məsələ bundadır ki, ruslar hələ də Ukraynanın şərqində irəliləməyə davam edirlər.

...Mühakimə edə bildiyim qədər, cəbhənin əksər sektorlarında - və Vladimir Putinin sözlərinə görə, cəbhə iki min kilometrdən çox uzanır - mövqe müharibəsi, tamamilə mövqe döyüşləri gedir. Bununla belə, rusların əslində irəliləyiş əldə etdiyi iki istisna var. Onlardan biri Donbassdakı kiçik Toretsk şəhəridir. Orada ruslar şəhərin kənarındadırlar və buradakı ekspertlər rusların Toretskə girəcəklərini, yoxsa şəhəri mühasirəyə almağa çalışaşaqlarını müzakirə edirlər.

Bunları deyən Vannerə görə,..nə olursa olsun, orada irəliləyiş müşahidə olunur.

Alman müxbirin hesablamalarıma görə, hazırda ruslar Pokrovskdan cəmi on yeddi kilometr şərqdədirlər.

Amma buna baxmayaraq, onlar həqiqətən hər gün ərazini zəbt edirlər. İndi onlar əraziləri kənd-kənd tuturlar, ukraynalılar isə hələ ki, cəbhəni sabitləşdirə bilmirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə