Avstraliyada İsrailin Qəzzaya hücumları və gənclərin radikallaşması kimi müxtəlif səbəblərdən cəmiyyətdə yaranan gərginliyə görə hökumət terror təhlükəsi səviyyəsini "mümkün səviyyə” adlandırıb.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının (ASIO) direktoru Mayk Berces (Mike Burgess) ölkədəki cəmiyyətin son vaxtlar daha "gözlənilməz və qeyri-sabit" olduğunu bildirib: "Avstraliyalılar sürətlə radikallaşır. Daha çox avstraliyalı müdafiə etdikləri məqsəd üçün zorakılıqdan istifadə etməyə meyllidir. Terror təhlükəsi səviyyəsi - mümkün səviyyəyə qalxdı.
İsrailin Qəzzaya hücumları, bölgədəki vəziyyət terror təhlükəsi səviyyəsinin artmasına birbaşa səbəb olmasa da, vacib faktordur”.
Avstraliyanın baş naziri Entoni Albanese də açıqlamasında deyib ki, terrorizmin səviyyəsinin artması gənclər arasında və onlayn mühitdə radikallaşmanın çoxalması və yeni mürəkkəb ideologiyaların ortaya çıxması ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB