Şimali Koreya ABŞ-la danışıqlara hazırdır, lakin Pxenyan müdafiə qabiliyyətini gücləndirməlidir.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
…Həm danışıqlar, həm də qarşıdurma bizim ABŞ-la münasibətdə seçimimiz ola bilər. Lakin Şimali Koreya qarşıdurmaya daha hərtərəfli hazır olmalıdır. Vaşinqtonla son 30 illik qarşılıqlı əlaqə Pxenyanı bu nəticəyə gətirib çıxarıb.
Bunu Şimali Koreya lideri qeyd edib.
Kim Çen In əlavə edib ki, ABŞ-ın Şimali Koreyaya qarşı düşmənçiliyi “müəyyən bir tərəfin administrasiyasından asılı olmayaraq baş verir”.
O vurğulayıb ki, bu, “Şimali Koreyanın müdafiə qüdrətinin davamlı olaraq genişləndirilməsi ehtiyacını” göstərir.
Bundan əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın Koreya yarımadası ilə bağlı siyasəti nüvə böhranının kəskinləşməsinə səbəb olur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB