Ukrayna ABŞ-dan 3,9 milyard dollar yardım alıb

Ukrayna ABŞ-dan 3,9 milyard dollar yardım alıb

Ukraynanın baş naziri Denis Şmıqal öz Telegram kanalında bildirib ki, Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dan 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb. Baş nazir bildirib ki, bu pullar prioritet büdcə xərclərinə: müəllimlərin və xilasedicilərin maaşlarına və sosial müavinətlərə yönəldiləcək.

Ümumilikdə, Ukrayna bu il ABŞ-dan 7,8 milyard dollar alacaq. Ukraynanın baş naziri yüksək səviyyəli diqqət və dəstəyə görə ABŞ və Dünya Bankına təşəkkür edərək bildirib ki, yardım Ukraynaya “bu maliyyə dövrünü inamla keçməyə” imkan verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ABŞ-ın büdcə yardımı 27 milyard dollara çatıb.
Apreldə ABŞ Senatı Nümayəndələr Palatasının aprelin 20-də dəstəkləməsindən sonra Ukraynaya 60 milyard dollardan çox vəsaitin daxil olduğu hərbi yardım paketinə səs verib. Ukraynanın maliyyə naziri Sergey Marçenko qeyd edib ki, 7,8 milyard qrant Ukraynaya 60 milyard dollarlıq böyük dəstək paketinin bir hissəsidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə