...Ukraynanın Skyeton şirkəti yeni zavoda 3,5 milyon dollar sərmayə qoyaraq, fəaliyyətini Slovakiyada genişləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Defense Industry Europe yayıb.
Şirkət 2018-ci ildən Ukrayna Silahlı Qüvvələrinin arsenalının bir hissəsi olan ACS-3/Raybird-3 kəşfiyyat sistemləri ilə tanınır.
Hər bir sistem üç pilotsuz uçuş aparatı, əlavə avadanlıq və yerüstü idarəetmə stansiyasından ibarətdir. Skyeton-un Raybird-i dünyada belə imkanlara malik azsaylı PUA-lardan biridir, lakin o, rəqiblərindən daha sərfəli qiymətə malikdir.
Şirkət Ukrayna Silahlı Qüvvələrindən 75-dən çox kəşfiyyat sistemi üçün sifarişlər alıb, ona görə də Slovakiyadakı yeni zavodda istehsal 2024-cü ilin yazında başlayıb. Bu zavod ildə 25 sistem istehsal edə bilər, lakin investisiya mərhələsi başa çatdıqdan sonra bu gücü dörd dəfə artırmağı planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB