Avstraliyada yoluxucu xəstəlik 2 nəfərin ölümünə səbəb olub

ABC News-un məlumatına görə, Melburndakı səhiyyə rəsmiləri şəhərdə ''legionella'' epidemiyasının yayıldığını açıqlayıb
Avstraliyada yoluxucu xəstəlik 2 nəfərin ölümünə səbəb olub

Avstraliyada ''legionella'' epidemiyası səbəbindən iki nəfər ölüb.
SİA xəbər verir ki, ABC News-un məlumatına görə, Melburndakı səhiyyə rəsmiləri şəhərdə ''legionella'' epidemiyasının yayıldığını açıqlayıb.
Səlahiyyətlilər ''legionella'' epidemiyasına 77 yoluxma faktının qeydə alındığını, onlardan 75-nin sağaldığını, 2-nin isə öldüyünü açıqlayıb.
Epidemiyaya yoluxma hallarının 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstərici olduğu bildirilib.

Qeyd edək ki, xəstəlik “legionella” bakteriyaları vasitəsilə yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə