Əlcəzair sərhədində ordu qüvvələri ilə toqquşan Tuareg üsyançılarına kəşfiyyat dəstəyi verdiyini bildirən Mali Ukrayna ilə diplomatik əlaqələri dayandırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Malidəki müvəqqəti hökumətindən verilən açıqlamada bildirilir: “Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andri Yusovun “Əlcəzair sərhədində Mali ordusuna qarşı döyüşən silahlı terror qruplaşmalarını dəstəklədikləri” barədə bəyanatını böyük şokla qarşıladıq.
Ukraynanın Malidəki səfiri Yuri Pyvovarov sözügedən bəyanatı paylaşıb. Bununla Ukrayna Saheldə açıq şəkildə terroru dəstəkləyir.
Artıq Mali müvəqqəti hökuməti Rusiyanın Ukrayna haqqında “neonasist” və “alçaq” sözləri ilə tam razılaşır.
Müvəqqəti hökumət bu hadisələr fonunda bir sıra tədbirlər gördü: Mali dövləti Ukrayna ilə diplomatik əlaqələr dərhal dayandırdı”.
“Terrora dəstək” bəyanatlarından sonra Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andri Yusov və Ukraynanın Malidəki səfiri Yuri Pivovarov barəsində məhkəmə işi açılacaq.
Xatırladaq ki, ötən həftə Əlcəzair sərhəddindəki Tinzaouatene şəhərində Mali ordusu ilə Tuareg üsyançıları arasında baş verən qarşıdurmada sayı açıqlanmasa da, ordudan xeyli itki olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB