Şimali Koreya dövlət başçısı Kim Çen İn 250 yeni ballistik raket buraxılış qurğusunun cəbhə bölgəsindəki qoşunlara təhvil verildiyini açıqlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, paytaxt Pxenyanda 250 yeni növ ballistik raket buraxılış qurğusunun təhvil verildiyini elan etmək üçün keçirilən mərasimdə iştirak edən Kim çıxışında deyib: “Yeni buraxılış qurğuları cəbhə qoşunlarına Cənubi Koreyaya qarşı hərbi əzmə gücü verəcək və taktiki nüvə silahlarından istifadəni daha praktik və səmərəli edəcək.
Bu buraxılış qurğuları ölkənin hərbi sursat zavodları tərəfindən yeni istehsal edilib və taktiki ballistik raketləri vurmaq üçün nəzərdə tutulub.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB