Banqladeşin paytaxt hava limanı bağlandı

Banqladeşin paytaxt hava limanı bağlandı

Banqladeşin paytaxtındakı Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlanıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə əsas hava limanının icraçı direktoru Kamrul İslam bildirib. Onun sözlərinə görə, aeroportun fəaliyyəti yerli vaxtla saat 16:54-də dayandırılıb. Bildirilir ki, bu qərar Baş nazir Şeyx Hasinanın istefasından sonra aeroporta insan axını ilə əlaqədar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə