Müdafiə Nazirliyi ilə müqavilə bağlayın, 800 min rubldan faydalanın!?.
...Rusiyada kütləvi şəkildə Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa çağıran SMS-lər göndərilməyə başlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sota” məlumat yayıb.
Bu arada “Meduza” oxucusu da belə bir mesaj almasından danışıb.
Qeyd edilir ki, göndərilən mesajlar eyni mətinlidir: “Müdafiə Nazirliyi ilə müqavilə bağlayın: dərhal 800 min rubldan faydalanın. 117-yə zəng edin! Rusiya Müdafiə Nazirliyinin Telegram kanalı sizi bu nömrəyə zəng etməyə və sizi xüsusi hərbi əməıliyyata qatılmağa çağırır!
“Yeni qəzet. Avropa” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin qaynar xəttinin səsli köməkçisi göstərilən nömrəyə cavab verir; xidmətə yazılmağınıza kömək edəcək operatora köçürməyi təklif edir.
Rusiyanın teleqram kanalları daha əvvəl yazmışdılar ki, avqustun 1-dən Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq üçün mesajlar bütün mobil operatorlar tərəfindən göndəriləcək.
Bundan əvvəl, iyulun 31-də Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin sonuna qədər Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlara ödənişləri ikiqat artırıb - 400 min rubla qədər.
Bu məbləğdən əlavə, müqavilə ilə işləyən işçilərə bölgələr tərəfindən əlavə maaş veriləcək - hər bir qubernator Müdafiə Nazirliyi ilə bağlanmış müqavilələr üzrə plan tapşırığını yerinə yetirməkdə maraqlıdır və qonşularla rəqabət aparır. Leninqrad vilayətində işə qəbul olunana 1,7 milyon rubl (təxminən 20 min dollar), Sankt-Peterburqda 1,3 milyon rubl, Komidə 1,12 milyon rubl ödənilir.
Rusiya hakimiyyəti səfərbərlik elan etmədən insanları Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışır ki, bu da vətəndaşların narazılığına səbəb ola bilər.
2023-cü ilin dekabrında, prezident seçkiləri ərəfəsində Putin Rusiyada yeni səfərbərlik olmayacağına söz vermişdi.
O, həmən ərəfədə “...artıq 486 min müqaviləli əsgəri işə götürmüşük. Vətənlərini silahla müdafiə etməyə hazır olan kişilərin axını dayanmır: gündə bir yarım min insan. Bu, cəbhədəki yarım milyon hərbçidir, səfərbərlik nəyə lazımdır"?- demişdi..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB