Hizbullah İsrail ordusunun komandanlıq məntəqəsinə PUA ilə hücum edib, yaralılar var

Hizbullah İsrail ordusunun komandanlıq məntəqəsinə PUA ilə hücum edib, yaralılar var

Hizbullah hərəkatına məxsus pilotsuz uçuş aparatı İsrail Müdafiə Qüvvələrinin komanda məntəqəsinin ərazisinə hücum edib. SİA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Kamikadze pilotsuz uçan aparat hava hücumundan müdafiəni üstələyə bilib. Onun hədəfi bu yaxınlarda Ayelet Ha Şahar qəsəbəsi yaxınlığında yerləşən İsrail ordusunun 91-ci diviziyasının qərargahı olub.

Obyekt İsrail və Livan sərhədi yaxınlığında yerləşirdi. Hücum nəticəsində 2 İsrail əsgəri yaralanıb. Onlar orta dərəcəli bədən xəsarətləri alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə