Ukrayna 750-yə yaxın uşağı DXR-dən zorla çıxarmaq niyyətindədir..?
...Ukrayna hakimiyyəti təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Donetsk Xalq Respublikasının ərazilərindən 744 uşağı öz qohumları ilə birlikdə zorla çıxarmağı planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar günü, avqustun 4-də Donetsk Xalq Respublikasının Kiyevin nəzarətində olan hissəsinin hərbi administrasiyasının rəhbəri, Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş Vadim Filaşkin bildirib.
...Ümumilikdə, dörd icmadan 744 uşaq və onların ailələri Ukraynanın daha təhlükəsiz bölgələrinə təxliyə edilməlidir.
Bunu deyən Filaşkin qeyd edib ki, Novoqrodovka şəhərinin, onun yaxınlığında yerləşən bir neçə kənd və qəsəbənin, həmçinin İlyinovsk icmasının Poltavki, Kuraxov yaxınlığındakı Ostrovskoye kəndlərinin sakinləri məcburi köçürməyə məruz qalacaqlar.
...Rus saytlarınn yazdığına görə, iyulun 3-də Xarkov vilayəti Volçansk icmasından uşaqların “məcburi təxliyəsi” haqqında qərar qəbul edib. Rəsmi məlumata görə, azyaşlıların məcburi təxliyəsi barədə qərar qəbul edilib.
Mayın 12-də Xarkov vilayətindəki sərhəd yaşayış məntəqələrindən minə yaxın insan təxliyə edilib.
Bunu Ukrayna Milli Polisi bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB