...Amerikanın uzaqmənzilli raketlərinin Almaniyada planlaşdırılan yerləşdirilməsi Rusiya prezidenti Vladimir Putinə qarşı “çəkindirici vasitə” kimi zəruridir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Deutsche Welle” Almaniyanın xarici işlər naziri Annalena Barbokun bəyanatına istinadən yazır.
Bazar günü yerli mətbuatda dərc olunan şərhlərdə Barbok vurğulayıb ki, Almaniyanı qoruya biləcək şey Avropa İttifaqı və NATO daxilində, eləcə də milli səviyyədə Berlinin öz təhlükəsizliyinə və gücünə sərmayə qoymasıdır.
Nazir əlavə edib ki, bu tədbirlərə Amerikanın uzaqmənzilli silahlarının Almaniyada yerləşdirilməsinə dair qərar da var.
Onun sözlərinə görə, Almaniya Rusiyaya qarşı “etibarlı çəkindirmə” qurmalıdır. Annalena Barbok qeyd edib ki, bu cür addımlar Rusiya ilə birbaşa həmsərhəd olan və son aylarda hibrid sərhəd tədbirlərinin partlayıcı təsirini yaşamış Polşanı, Baltikyanı ölkələri və Finlandiyanı da qorumalıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB