...İtaliyanın Silisia adasındakı Kataniya Fontanarossa hava limanı Etna vulkanının püskürməsi ilə əlaqədar avqustun 4-də gündə 6 uçuşu məhdudlaşdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, "Giornalle di Sicilia" qəzeti xəbər verir ki, vulkanik kül buludları 10 kilometr hündürlüyə qalxıb.
Püskürmənin ən güclü, paroksismal mərhələsi avqustun 4-nə keçən gecə başlayıb.
Vorajin kraterindən lava fəvvarələri qalxıb, kül cənub-şərq istiqamətində yayılıb və vulkanın yamaclarında və ətəyində məskunlaşan ərazilərə düşüb.
Şəhərin özünün və onun ətrafındakı 57 digər bələdiyyənin daxil olduğu Kataniya metropolunun meri Enrikro Trantino bölgədə iki təkərli nəqliyyat vasitələrinin hərəkətinə iki gün qadağa qoyub və avtomobillərin sürətini saatda otuz kilometrlə məhdudlaşdırıb. ANSA qeyd edir ki, bu, keçən ilin iyul ayından bəri belə güclərin beşinci püskürməsidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB