Qəbiristanlıqda oğurluq olub..?

...Petrozavodsk yaxınlığındakı Krasnı Bor memorial qəbiristanlığında Stalin repressiyaları qurbanlarına həsr olunmuş bir neçə xatirə lövhəsi yoxa çıxıb.

SİA bu barədə “Freat Karelia” teleqram kanalına istinadən xəbər verir.

Vandalizm izlərini xatirəsini yad etməyə gələn və 1937-1938-ci illərdə NKVD zabitləri tərəfindən burada güllələnən məhbusların adlarını oxuyan fəallar aşkar ediblər. Xüsusilə, edam edilmiş polyaklara xaç və repressiyaya məruz qalan ukraynalıların xatirəsinə yazılmış sütun qəbiristanlıqdan yoxa çıxıb.

Fəallar əmindirlər ki, vandallar avqustun 5-də qeyd olunan SSRİ-də Böyük Terror Qurbanlarının Beynəlxalq Xatirə Gününə az qalmış Krasnı Boru ziyarət ediblər.

Bu gün bütün dünyada Sandarmox traktında edam olunanların xatirəsinə mitinqlər keçirilir.

Bazar günü Krasnı Borda həlak olanların adlarının oxunduğu aksiya keçirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə