ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinin səbəbini açıqlayıb

ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqinin səbəbini açıqlayıb

ABŞ hakimiyyəti yeni anti-Rusiya sanksiyaları tətbiq etmək niyyətindədir, onların səbəbi “amerikalıların qeyri-qanuni həbsidir”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News”-a müsahibəsində bildirib. Onun sözlərinə görə, bu qərar Levinson Aktı əsasında veriləcək.

Biz amerikalılara dedik ki, Rusiyaya getməsinlər, biz Levinson qanunundan istifadə edərək sanksiyalar tətbiq etdik və bunu yenidən edəcəyik.

Bunu Kirbi bildirib.

Eyni zamanda, Ağ Ev administrasiyasının üzvü əlavə edib ki, Vaşinqtonun Moskvaya təzyiqi artırmaq istəyinə baxmayaraq, Amerika tərəfi ABŞ vətəndaşlarının geri qaytarılması üçün Rusiya ilə əlaqə saxlamağa davam edəcək. Kirbi aydınlaşdırıb ki, söhbət həm də xüsusilə böyük miqyasda narkotik qaçaqmalçılığı işində təqsirli bilinən keçmiş diplomatik missiya əməkdaşı Mark Vogeldən gedir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə