Yer kürəsində maqnit qasırğası başlayıb...

Yer kürəsində maqnit qasırğası başlayıb...

...Maqnit qasırğası Yer kürəsində avqustun 4-ü bazar günü günorta saatlarında başlayıb.

SİA xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.

Yer kürəsində maqnit qasırğası başlayıb Mütəxəssisin sözlərinə görə, Yerin maqnitosferində pozulma səviyyəsini əks etdirən K indeksi saat 12:00-a qədər beş vahidə çatıb. Bu göstərici ortaya çıxan maqnit qasırğasının zəif olduğunu və G1 sinfinə aid olduğunu göstərir.

...Mövcud proqnozlara əsasən, maqnit qasırğasının güclənməyəcəyini və uzun sürməyəcəyini güman edə bilərik.

Leus bunu Telegram kanalında yazıb.

İlkin olaraq bildirilirdi ki, avqustun 3-ü və 4-ü həftəsonu Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir. Günəşdə intensivliyi demək olar ki, mümkün olan maksimum X sinfinə çatan güclü alovlar davam edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə