Rusiyada avqustun 4-ü günorta saatlarında daha bir güclü yanğın baş verib. Rostov vilayətinin Azov şəhərində ot örtüyü yanıb, yanğın neft bazasına və asfalt zavoduna yaxınlaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə obozrevatel.com yazır.
Axşam saat 17:00 radələrində yerli ictimai səhifələrdə Azov sənaye zonasında güclü yanğınla bağlı mesajlar görünməyə başlayıb.
...Rusiya Federasiyasının Rostov vilayətinin Azov şəhərinin sakinləri hazırda epik yanğına baxırlar. Yerli Teleqram kanalları sənaye zonasının alovlandığını yazır və havadakı kəskin qoxudan şikayətlənirlər.
Bunu Rusiyanın Teleqram kanallarından biri yazır.
Şəbəkə həmçinin bildirir ki, yanğın yerinin üstündən havaya nəhəng qara tüstü sütunu qalxır, o, o qədər böyükdür ki, Batayskdan və Rostovun qərb hissəsindən də görünür.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB