İran parlamentinin üzvü, İranın milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə edə biləcəyini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə İranın “Khabar-e Online” agentliyinə istinadən xəbər verir. Parlamentari bu qənaətə İran hakimiyyətinin İsrailə və İraqdakı Amerika bazasına hücumu təşkil etdiyi “etimada” əsaslanıb.
...Deyəsən, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə və ondan əvvəl İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmindir.
Bunu iranlı siyasətçi bildirib.
Deputat onu da bildirib ki, Tehranın nüvə silahı əldə edə biləcəyinə dair heç kimdə sübut yoxdur. Lakin İran dəfələrlə alimlərin onun yaradılmasına yaxın olduğunu bildirib. ...Bundan əvvəl rusiyalı politoloq deyib ki, İsrail Tehranın nüvə proqramına malik olduğunu və nüvə silahı istehsal edə biləcəyini daim xatırladır.
Bu, İrana zərbə endirmək üçün edilir...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB