Boksçu Dvalinin döyülməsi işi xuliqanlıqdan adam öldürməyə cəhdə dəyişdiriləcək
...Feodosiyada boksçu Dmitri Dvalinin döyülməsi işi xuliqanlıqdan adam öldürməyə cəhd maddəsi ilə dəyişdiriləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu əmri yerli müstəntiqlərə İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin verib.
Deyilənlərə görə, bu həftənin əvvəlində Krımda boks üzrə Rusiya çempionu Dmitri Dvali gəncin müdafiəsinə qalxdıqdan sonra bir qrup şəxsin hücumuna məruz qalıb. Dvalinin gözü ciddi zədələnib, o, Moskvada əməliyyat olunub. Bu işdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Hazırda onlarla müstəntiqlər işləyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB