İngiltərənin Southport şəhərində uşaqların rəqs sinfinə bıçaqla hücum edilməsi və 3 uşağın ölümü ilə nəticələnən silahlı hücumdan sonra Böyük Britaniyada etirazlar və qarşıdurmalar dalğası yaşanıb.
SİA-nın əldə etdiyi məlumata görə, səlahiyyətlilər daha çox Roterem, Ruşmoor, Ueymoute, Middlesbro və Lancasterdə planlaşdırılan iğtişaşlara hazırlaşır.
Öz növbəsində, talançılar fürsətdən istifadə edərək bütün Britaniyada mağazaları qarət edirlər.
Bu barədə Daily Mail məlumat yayıb.
Avqustun 3-də axşam saatlarında Bristol və Stokdan Liverpul, Mançester və Hull şəhərlərinə gedən qarşıdurmalar zamanı polis öz sərhədlərini aşmaq məcburiyyəində qalıb.
Talançılar dükanları dağıdıb, binaları və avtomobilləri yandırıblar.
Qarşıdurma nəticəsində bir neçə polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
Maraqlıdır ki, mağazaları talan edənlər daha çox spirtli içki, geyim və elektronika aparıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB