Çeçenistan rəhbəri Ramzan Kadırov NATO-nun “F-16” qırıcılarının Kiyevə təhvil verilməsi təhlükəsini şişirtməməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, siyasətçi bu barədə “Rossiya 1” telekanalının efirində bildirib.
Kadırov qeyd edib ki, Rusiya ordusu bu təyyarələrin öhdəsindən gələcək və dünyanın sonu olmayacaq. Onun sözlərinə görə, silah ciddidir, lakin "hazırlaşırıq".
Kadırov Rusiyanın xüsusi hərbi əməliyyatda nə vaxt qalib gələcəyini də deyib.
Onun sözlərinə görə, Rusiya hər şeyə hazırdır və əgər bir şey səhv olarsa, biz düyməni basacağıq və göstərəcəyik ki, siz bizimlə zarafat edə bilməzsiniz.
...Ali Baş Komandanımızın dediyi kimi: “Rusiyasız bu dünya bizə nəyə lazımdır?, - deyə Çeçenistan Respublikasının başçısı əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB