Qəzzada ölən fələstinlilərin sayı 40 minə çatır

Qəzzada ölən fələstinlilərin sayı 40 minə çatır

Son sutka ərzində Qəzza zolağında 33 fələstinli ölüb, daha 118 nəfər yaralanıb. SİA-nın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 39 583 nəfərə, yaralananların sayı 91 398 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə