Qərblə məhbus mübadiləsi Putinin mövqeyini gücləndirir..?

Əksər ekspertlər hesab edir ki, Kreml Qərbə qovulan müxalifətçilərdə təhlükə görmür, çünki onlar Navalnının səviyyəsinə çatmayıblar

...Türkiyədə baş tutan məhbus mübadiləsi Rusiya üçün “Özümüzünküləri atmırıq” leytmotivi altında keçirilib. Beləliklə, Moskva təhlükə yaratmayan müxalifətçilərdən yaxa qurtararaq xüsusi agentlərini geri qaytara bildi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Le Figaro” qeyd edib.

Nəşr yazır ki, Rusiya İkinci Dünya Müharibəsindən bəri ən böyük məhbus mübadiləsini xüsusi hərbi əməliyyat şüarı və az qala dövlət doktrinasına çevrilən Özümüzünküləri atmırıq” şüarı altında həyata keçirdi.

...Burada əsas fiqur Federal Təhlükəsizlik Xidməti zabiti Vadim Krasikov idi: prezident onu şəxsən qəhrəman kimi qarşıladı və xüsusi təyinatlı əsgərin qaytarılmasını mübadilə üçün məcburi şərt etdi.

...Əksər ekspertlər hesab edir ki, Kreml Qərbə qovulan müxalifətçilərdə təhlükə görmür, çünki onlar Navalnının səviyyəsinə çatmayıblar.

...Putin mübadilə üçün icazə verərək, ilk növbədə öz xalqına və kəşfiyyat agentlərinə müraciət etdi. O, agent və casuslara ata kimi həmişə onlar üçün mübarizə aparacağını belə göstərir. Bu, onların ona olan inamını gücləndirməlidir.

Qeyd edək ki, bunu politoloq Tatyana Stanovaya bildirir.

Bu arada beynəlxalq münasibətlər üzrə ekspert Fyodor Lukyanov mübadilənin geosiyasi baxımdan və Ukrayna münaqişəsinin inkişafına ciddi təsir etməyəcəyini deyir.

...Biz demək olar ki, humanitar məhbus mübadiləsi ilə tamamilə Soyuq Müharibəyə qayıtdıq və başqa heç nə yoxdur-deyən Lukyanov, Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşmadığını qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə