Ermənistan XİN Livandakı vətəndaşlarına müraciət etdi

Ermənistan Xarici İşlər Nazirliyi vətəndaşlarını çox zərurət olmadığı təqdirdə müvəqqəti olaraq Livana səfərlərdən çəkinməyə çağırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, Nazirlik hazırda Livanda yaşayan vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalmış bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə