Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-polkovnik Aleksandr Sırski Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyadakı hədəflərə yeni hücumların təfərrüatları barədə məlumat verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Zelenski avqustun 3-də ukraynalılara axşam müraciətində danışıb.
...İlk növbədə, bu gün hər bir ukraynalı əsgərə və müdafiə sənayesində çalışan hər kəsə Rusiya aerodromlarına hücumlara, neft emalı və logistikaya görə təşəkkür edirəm. Bu, Rusiya müharibəsinin nəticələri Rusiyaya qayıtdıqda və Ukrayna dövlətinin işğal olunmuş ərazisində düşmənin bir dənə də olsun sakit yeri olmayanda ən təsirli olur.
Bunu Zelenski qeyd edib.
Onun sözlərinə görə, hər bir belə zərbə müharibənin ədalətli sonunu yaxınlaşdırır: “...Bu bizim üçün, dünya üçün, Ukrayna üçün, həyatı qiymətləndirən hər kəs üçün ədalətlidir”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə