SEPAH Haniyənin ölümünün təfərrüatlarını açıqladı

SEPAH Haniyənin ölümünün təfərrüatlarını açıqladı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin “doğru zamanda və yerdə” öldürülməsinə görə qisas alacağına söz verib. İslam İnqilabı Keşikçiləri Korpusu iddia edir ki, İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimi üçün qonaqların qaldığı iqamətgahın qarşısından atılan “təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısa mənzilli mərmi” ilə öldürülüb.

İranın Təsnim agentliyi tərəfindən yayılan SEPAH-ın bəyanatında, Tehranda İsmayıl Haniyyənin qətlinin təşkilinə görə məsuliyyət İsrail və ABŞ-a həvalə edilib. İsrail rəsmi olaraq iştirakını etiraf etməyib. ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun İsmayıl Haniyənin ölümündə əli olmadığını və onun öldürülməsi planlarından xəbərsiz olduğunu bildirib.

Bir gün əvvəl “The New York Times” İsmayıl Haniyənin Tehranda raket zərbəsi deyil, bomba partlaması nəticəsində öldürüldüyünü yazmışdı. Yaxın Şərqdəki qəzet mənbələri qeyd edir ki, onun qaldığı qonaq evində iki ay əvvəl qoyulub. “The New York Times”ın həmsöhbətlərindən beşi İsmayıl Haniyənin qonaq evindəki otağında olması barədə məlumatın təsdiqlənməsindən sonra bombanın uzaqdan işə salındığını iddia edir.

İsrail hərbçiləri Hizbullahın hərbi komandiri Fuad Şükrün ləğv edildiyini açıqlayıb: o, iyulun 30-da Beyrutda hava hücumu nəticəsində həlak olub. Bunun ardınca ikinci aksiya baş tutdu - iyulun 31-nə keçən gecə onun İrandakı iqamətgahına hücum edildi. İsmayıl Haniyyə vəfat edib. İranın ali dini lideri Ayətullah Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbərinin ölümünə görə “ağır cəza” vəd edib.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə