Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatını məhv edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalında bildirilib.
...Moskva vaxtı ilə saat 15:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb.
Bu idarədən bildirilib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz təyyarənin Oryol şəhərinin Bolxovski mikrorayonunda yaşayış binasına hücumu zamanı bir nəfər yaralanıb.
Bu barədə Rusiya vilayətinin qubernatoru Andrey Klıçkov məlumat verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə