İranda onlarla təhlükəsizlik işçisi saxlanılıb

İranda onlarla təhlükəsizlik işçisi saxlanılıb

İranda “HƏMAS” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində iyirmidən çox adam saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “The New York Times” qəzeti mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var.

Qəzet qeyd edir ki, təhqiqatın miqyası təhlükəsizlik sisteminin şokedici uğursuzluğunu göstərir.

Xatırladaq ki, “HƏMAS” Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə Tehranda raket hücumu nəticəsində öldürülüb.

Fələstin hərəkatı bu hücumu xain adlandırıb və günahı “sionistlərin” üzərinə atıb. Lakin İsrail ordusunun nümayəndələri bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə