Avropa İttifaqında heyvanların müdafiəsi üzrə Ombudsmanın məlumatına görə, Avstriyada atılmış ev heyvanların sayı “hazırda yenə də rekord səviyyədədir”. Heyvandan imtina edilməsi çox vaxt yay mövsümündə, tətillərin ən pik vaxtında baş verir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, son bir neçə ayda heyvanlardan imtina edilməsi ilə bağlı üç işin hər biri üzrə 4 min avro cərimə tətbiq edilib.
“Heyvanlardan imtina edilməsi – heyvanlara qarşı qəddar davranışdır və buna görə çox sərt cəza nəzərdə tutulur”, - deyə Aİ-də heyvanların müdafiəsi üzrə Ombudsman Yeva Persi bildirir.
Heyvanların Müdafiəsi haqqında Qanununa əsasən, saxlamaqdan imtinaya görə 7500 avroya qədər, eyni əməlin təkrar törədilməsinə görə isə 15 min avroya qədər cərimə nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə