Repatriasiya tədbirlərinin nəticələrinə əsasən, Ukrayna 250 həlak olmuş hərbçinin cəsədini qaytarmağa nail olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə hərbi əsirlərlə davranış məsələləri üzrə Koordinasiya Qərargahının mətbuat xidmətinə istinadla xəbər verir.
Həlak olanların cəsədləri müxtəlif regionlardan, xüsusən Luqansk, Baxmut, Maryinski, Avdeyevski, Xerson, Zaporojye istiqamətlərindən, habelə Mariupol, Qorlovka və Rusiya Federasiyasının ərazilərində yerləşən morqlardan gətirilib.
Cəsədlərin qaytarılması prosesi Hərbi əsirlərlə davranış məsələləri üzrə Koordinasiya Qərargahı, Reinteqrasiya Nazirliyi, İtkin düşmüş şəxslərin işləri üzrə müvəkkil, UTX yanında Birgə Mərkəz, Ukrayna Silahlı Qüvvələrinin Mülki-Hərbi Əməkdaşlıq Mərkəzi İdarəsi, digər hüquq-mühafizə orqanları, idarələr və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilib.
Cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyalarının normalarına uyğun olaraq baş tutub. Repatriasiya edilmiş cəsədlər və nəşlər müvafiq dövlət idarələrinə aparılacaq, orada hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibbi ekspertləri tərəfindən onların şəxsiyyəti müəyyən ediləcək.
Şəxsiyyəti müəyyənləşdirildikdən sonra həlak olmuş hərbi qulluqçuların cəsədləri layiqincə dəfn olunmaq üçün doğmalarına təhvil veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə