Ermənilər daha işləmək üçün Rusiyaya getməyəcəklər..?

...İndi “Zvartnots” hava limanını tərk edən erməni daha çox düşünəcək?
Ermənilər daha işləmək üçün Rusiyaya getməyəcəklər..?

...Və yeri gəlmişkən, iddialara görə, bu gün Rusiyada işləmək üçün gedən ermənilərin sayı... guya xeyli azalıb.

Əslində bunu mən yox, Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyir.

Hər halda o, Sizdən və məndən yaxşısını bilər. Çünki adətən erməni miqrantların xaricdən göndərdikləri pul köçürmələri ilk olaraq onun əlindən gəlib keçir.

Deməli, Ermənistanın baş bankiri bu gün ermənilərin Rusiyada işləmələrinin elə də sərfəli olmadığını da deyir və

bunu o, rus rublunun xeyli ucuzlaşması ilə əlaqələndirir.

Və maraqlıdır ki, Qalstyan bunu ermənilər üçün müsbət hal kimi dəyərləndirir.

Niyə? Çünki ermənilər guya bundan sonra daha işləmək üçün xaricə gedməyib elə Ermənistanda iş tapıb işləyəcəklər..?

...Və yenə də yeri gəlmişkən,..o da maraqlıdır ki, bu gün bəzi ermənilər “Zvartnots” hava limanında rusların yerinə erməni sərhədçilərin xidməti öz üzərinə götürməsində də simvolik nəsə olduğunu və ya olacağını düşünürlər.

Deməli, indi “Zvartnots” hava limanını tərk edən erməni daha çox düşünəcək?

Məsələn, o, düşünəcək ki, gündə azından yüz dəfə alçaldığı xaricdən fərqli olaraq, Ermənistanda onun ocağı, ailəsi...daha nə bilim nəyi var..?

...Hə, yadımdaykən,.. ermənilər deyir ki, bu gün onların öz vətənlərində qalıb işləməsi və yaşaya bilməsi üçün Ermənistana sərmayələrin cəlb edilməsi istiqamətində ciddi iş lazımdır. Təbii ki, bu başadüşüləndir.

Amma onların bunun ən çox əziz panimaş, ​​avropalı və amerikalılardan asılı olmasını demələrini heç çür başa düşmədim...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə