Çində qasırğa 30 nəfərin həyatına son qoydu

Çində qasırğa 30 nəfərin həyatına son qoydu

Çinin mərkəzi Hunan əyalətində Qaemi qasırğası 30 nəfərin ölümünə, 35 nəfərin isə itkin düşməsinə səbəb olub. SİA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri aktiv şəkildə davam etdirilir. Bildirilib ki, nəqliyyatın hərəkəti, elektrik enerjisi təchizatı və yerli telekommunikasiya şəbəkəsinin işi bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə