Putin Qərbin azad etdiyi rusları şəxsən qarşıladı - FOTOLAR

Putin Qərbin azad etdiyi rusları şəxsən qarşıladı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi baş tutub. SİA xəbər verir ki, razılaşmaya əsasən, Rusiyaya səkkiz nəfər qayıdıb: Almaniyada ömürlük həbs cəzası alan Vadim Krasikov, Sloveniyada məhkum edilmiş Dultsevlər ailəsi (2 nəfər), özünü FSB polkovnik-leytenantı Vadim Konoşenko adlandıran deputat Roman Seleznevin oğlu, haker Vladislav Klyuşin, Rus əsilli ispan jurnalist Pablo Qonzales (Pavel Rubtsov), Braziliyalı Jose Assisa Jamarria və Norveçdə keçirilən məhkəmə prosesində rus olduğu ortaya çıxan Mixail Mikuşin.

Onları Moskvanın Vnukovo hava limanında Rusiya Prezidenti Vladimir Putin şəxsən qarşılayıb. O, azadlığa çıxanları vətənə qayıtmaları münasibəti ilə təbrik edib, dövlət mükafatları vəd edib.

“Vətən sizi bir dəqiqə belə unutmayıb”, - Putin deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə