Harrisin seçki kampaniyasına başlaması Trampa 900 milyon dollar zərər vurub..?

Onun səhmlərinin dəyəri aşağı düşüb
Harrisin seçki kampaniyasına başlaması Trampa 900 milyon dollar zərər vurub..?

İyulun 21-də vitse-prezident Kamala Harris virtual olaraq yenidən seçki kampaniyasına başladıqdan sonra keçmiş prezident Donald Trampın “Truth Social” sosial şəbəkəsindəki səhmləri 900 milyon dollar ucuzlaşıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Truth Social”-ın sahibi olduğu “Trump Media & Technology Group”-un səhmlərinin qiyməti prezident Cozef Bayden ikinci müddətə namizəd olmayacağını elan etdikdən və Harrisin seçilməsini dəstəklədikdən sonra təxminən 23 faiz ucuzlaşıb.

Deyilənlərə görə, payızdan əvvəl Trampın şirkətdəki əsas səhmlərinin dəyəri 4 milyard dollardan bir qədər çox idisə, indi 3,1 milyard dollara düşüb.

Keçmiş ABŞ prezidentinin 2024-cü il noyabr seçkilərində qalib gəlmək şansının azaldığını göstərən rəy sorğuları fonunda, 1 avqust cümə axşamı günü səhmlərin qiyməti daha da aşağı salınıb.

“Truth Social”-ın yeganə problemi bu deyil: iyun ayında platformaya unikal ziyarətçilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalıb.

Bloomberg, səhmlərin düşməsindən əvvəl Trampın xalis sərvətinin 5,9 milyard dollar olduğunu təxmin edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə