Harrisin 1976 səs toplaması lazımdır...

Demokratlar Partiyası Harrisin ABŞ prezidentliyinə namizədliyi üçün səsverməyə başlayıb
Harrisin 1976 səs toplaması lazımdır...

ABŞ Demokratik Partiyasının üzvləri avqustun 1-də vitse-prezident Kəmalə Harrisin partiyanın prezidentliyə namizədi kimi rəsmi olaraq namizədliyini irəli sürmək üçün virtual səsverməyə başlayırlar.

SİA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qeyd edək ki, Harris virtual səsvermədə iştirak edə biləcək yeganə namizəd kimi tanınır. O da qeyd olunur ki, Demokrat Partiyasının 4000-ə yaxın nümayəndəsi üçün elektron səsvermə səhər saat 9-da başlayıb və avqustun 5-i saat 18.00-da başa çatacaq.

Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsi üçün 1976 səs lazımdır.

Onun üçün seçicilərin sayının xeyli çox olacağı gözlənilir. Demokratlar Partiyasının Milli Komitəsinin məlumatına görə, 3923 nümayəndə Harrisin namizədliyi üçün səsvermə bülleteninə salınması üçün müraciət edib.

Yeri gəlmişkən, başqa heç bir namizəd 300 nümayəndə imzası baryerini keçə bilməyib.

Demokratların Milli Qurultayı avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə