Avropa İttifaqı Ukraynanı sanksiyaları ləğv etməyə məcbur edəcək?

Rusiya neftinə qarşı ...
Avropa İttifaqı Ukraynanı sanksiyaları ləğv etməyə məcbur edəcək?

...Macarıstan və Slovakiya Ukraynanı Rusiya neftinin öz ərazilərindən tranzitinə qoyulan qadağanı ləğv etməyə məcbur edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu IMEMO RAS-ın Avropa Araşdırmaları Mərkəzinin Avropa İqtisadiyyatı sektorunun baş elmi işçisi Vladimir Olençenko deyib.

...Fico və Orbanın əleyhdarları (müvafiq olaraq Slovakiya və Macarıstanın baş nazirləri – A.B.) onlara siyasi təzyiq göstərmək üçün Rusiyadan neft nəqlində fasilədən istifadə etməyə çalışırlar. Amma çətin ki, Avroatlantikaçılar uğur qazansınlar.

Vladimir Olençenko bildirib bunu.

Onun sözlərinə görə, Macarıstan və Slovakiyanın Rusiya neftinin idxalı üçün “dəmir əsası” var, çünki onların dənizə çıxışı yoxdur və “Rusiyadan enerji resurslarının alınmasında imtiyazlı mövqedən” istifadə edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə