Estoniya sərhəddən Rusiyaya keçən şəxslərə və mallara tam gömrük nəzarəti tətbiq edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ERR xəbər verir ki, belə bir plan respublikanın Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb.
Sənəd bu gün, avqustun 1-də hökumətə təqdim edilib. O, Rusiyaya doğru sərhədi keçən bütün insanların və malların seçmə nəzarətindən tam gömrük nəzarətinə mərhələli keçidi nəzərdə tutur. Estoniyanın baş naziri Kristen Michal qeyd edib ki, bu qərar “sanksiyalara əməl etməmək cəhdləri”, eləcə də “qadağan olunmuş malların” sərhədlərdə daşınması ilə bağlıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB