İyulda Rusiyanın canlı itkilərinin sayı 35 mindən çox olub..?

İyulda Rusiyanın canlı itkilərinin sayı 35 mindən çox olub..?

...Son bir ayda ukraynalı müdafiəçilər 35 mindən çox rus hərbçisini məhv ediblər.

Bundan əlavə, iyul ayında rusların 300 tank itirdikləri deyilir.

SİA Ukrayna saytlarına istinadən xəbər verir ki, bu barədə Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk Telegram-da məlumat verib.

Deməli, onun yazdığına görə, 2024-cü ilin iyul ayında düşmən itkiləri təxminən 35 680 nəfər təşkil edib.

Qeyd etdiyimiz kimi, bunu Pavlyuk bildirib.

O, həmçinin, Ukrayna Silahlı Qüvvələrinin məhv etdiyi rus texnikasının siyahısını da verib:

300 tank;

653 zirehli döyüş maşını;

1520 artilleriya sistemləri;

21 MLRS;

33 PPO fondu;

2103 ədəd nəqliyyat vasitəsi;

265 ədəd xüsusi texnika;

Bundan əlavə, ukraynalı müdafiəçilər üç təyyarəni, həmçinin 1348 PUA və 74 düşmən raketini vurublar..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə