“F-16”-lar Ukrayna münaqişəsinin gedişatını dəyişə biləcəkmi?

Müttəfiqlər “F-16”-ları Ukrayna ilə bölüşməyə tələsmirlər, çünki Ukraynada pilot çatışmazlığı var
“F-16”-lar Ukrayna münaqişəsinin gedişatını dəyişə biləcəkmi?

...Avropalı müttəfiqlər vəd edilmiş “F-16” qırıcılarının “kiçik” bir hissəsini artıq Kiyevə təhvil veriblər.

Amma təyyarələrin təchizatı, o cümlədən ukraynalı pilotların çatışmazlığı və onların hava döyüşlərinə hazır olması ilə bağlı şübhələr səbəbindən məsələ bir az mürəkkəbdir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “New York Post” yazır.

Doğrudur, ukraynalı pilotlar neçə ölkədə təlim keçiblər, amma bu mərhələli proses idi.

...Hazırda kifayət qədər ukraynalı pilot yoxdur ki, bu da əslində müharibə vəziyyətində olan ölkəyə göndərilə bilən “F-16”-ların sayını məhdudlaşdırır.

Amerika nəşri yazır bunu.

Deyilənlərə görə, ABŞ Amerika bazalarında təlimləri genişləndirmək istəyir.

...Yeri gəlmişkən, Ukraynalılar digər ölkələrdəki həmkarlarından qat-qat az təlim alacaqlar. Belə ki, onlar öyrənməli olduqları hər şeyi standart dörd il əvəzinə deyil, cəmi bir il ərzində öyrənməli olacaqlar.

ABŞ rəsmisi nəşrə bildirib ki, yerləşdirmədən əvvəl bölmələri ilə vaxt keçirmək əvəzinə, “bu uşaqlar birbaşa döyüşə girəcəklər”.

Maraqlıdır ki, bir çox xarici liderlər təkcə “F-16”-ların Ukrayna münaqişəsinin gedişatını dəyişməsi ehtimalı az olacağını etiraf edirlər.

Bundan əlavə, görən, bu təyyarələr ukraynalı piyadaları dəstəkləyici qüvvələr kimi istifadə olunacaqmı?

Bunu da “New York Post” sual edir.

...Kreml döyüş təyyarələrinin tədarükünün Kiyev üçün nəyisə dəyişəcəyinə inanmır.

...Bu təyyarələr peyda olacaq, onların sayı getdikcə azalacaq, vurulacaq, məhv ediləcək, lakin təbii ki, bu təchizat cəbhədəki hadisələrin dinamikasına ciddi təsir göstərə bilməyəcək.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə