Dmitri Peskov jurnalistlərə açıqlama verib

Dmitri Peskov jurnalistlərə açıqlama verib

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ''F-16'' döyüş təyyarələrinin Ukraynaya mümkün təhvilinin cəbhədəki dinamikaya ciddi təsir göstərməyəcəyini söylədi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Dmitri Peskov tedarüklə bağlı heç bir açıqlama verilməsə də, bəzi mesajların olduğunu ve bunun Ukrayna ordusu üçün həll yolu olmayacağını qeyd edib.

Dmitri Prskov deyib:''F-16'' döyüş təyyarələri Ukraynada peyda olduqları zaman Rusiyanın hədəfinə çevriləcəklər. Sayıları azalacaq və vurulacaqlar. ''F-16''ların tədarükü cəbhədəki dinamikaya ciddi təsir göstərə bilməyəcək''.

Rusiya prezidentinin sözçüsü Ukraynada ''F-16''ların məhv edilməsinə görə Rusiya hərbçilərinə mükafat vəd edildiyini də xatırladıb.

Bəzi Qərb qəzetləri ''F-16'' döyüş təyyarələrinin ilk partiyasının Ukraynaya çatdırıldığı ilə bağlı məlumat yayıb.

Ukrayna rəsmiləri bu məsələ ilə bağlı açıqlama verməyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə