Pakistanda daşqınlar 35 adamın həyatına son qoyub

Pakistanda daşqınlar 35 adamın həyatına son qoyub

Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində son 48 saatda 35 nəfər həyatını itirib.
Yerli hakimiyyət orqanları ölkənin şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində leysan yağışların səbəb olduğu daşqınların bölgədəki evlərə və körpülərə ciddi ziyan vurduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Səlahiyyətlilər son 2 gündə daşqınlar nəticəsində 35 nəfərin həyatını itirdiyini bildirərək yağışların torpaq sürüşməsinə də səbəb olduğunu qeyd edib.

Leysan yağışların yağdığı əyalətin müxtəlif bölgələrində baş verən qəzalarda 15 nəfərin yaralandığını açıqlayıb.

Pakistan Meteorologiya İdarəsinin verdiyi açıqlamada, 2-6 avqust tarixləri arasında ölkə daxilində leysan və daşqınla bağlı xəbərdarlıq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə