Beyrut və Tehran hücumlarından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş tərəfləri və beynəlxalq ictimaiyyəti bütün Yaxın Şərqi müharibəyə sürükləyən fəaliyyətlərdən çəkinməyə çağırıb.
SİA xəbər verir ki, BMT Mətbuat Xidməti A.Quterreşin məsələ ilə bağlı yazılı açıqlamasını paylaşıb: “Beyrut və Tehrandakı hücumlar gərginliyin çox təhlükəli artmasına səbəb olur. Hadisələrin gedişatı Qəzzada atəşkəs, məhbusların azad edilməsi, Mavi Xəttdə sakitlik və humanitar yardımların artırılması səylərini sarsıtıb. Son dərəcə həssas belə bir dövrdə mötədilliyə çağırmaq da yetərli olmur. Bununla belə tərəfləri və beynəlxalq ictimaiyyəti bütün Yaxın Şərqi müharibəyə sürükləyən fəaliyyətlərdən çəkinməyə çağırırıq. Regional gərginlik diplomatik yollarla azaltılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB