İsrail mətbuatında Amerika və İngiltərənin bəzi hava yolu şirkətlərinin artan təhlükəsizlik böhranı səbəbindən İsrailə uçuşları ləğv etdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı İsrailin Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürün həlak olmasından sonra uçuşların ləğv edildiyi bildirilib. Delta Hava Yolları İsrailə uçuşları avqustun 2-dək, Nyu-York ilə İsrail arasında həftədə 14 uçuş həyata keçirən United Airlines isə avqustun 6-dək İsrailə uçuşları dayandırıb. Haaretz qəzeti British Airways-in cümə axşamı ölkəyə uçuşları ləğv etdiyini yazıb. Times of Israel xəbər saytı, bu ləğvlərin on minlərlə israillinin ABŞ-da qapalı qalmasına səbəb olacağını bildirib.
Bazar ertəsi isə Avstriya və Lufthansa da İsrailin Tel-Əvivdəki Ben Qurion hava limanına uçuşları müvəqqəti olaraq ləğv etdiklərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB