Tramp prezidentlikdən imtinanın şərtini açıqlayıb...

Tramp prezidentlikdən imtinanın şərtini açıqlayıb...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, yenidən seçiləcəyi təqdirdə səhhətində problemlər yaranarsa, dövlət başçısı postunu tərk etməyə hazır olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

O, bu barədə Çikaqoda Qara Jurnalistlərin Milli Assosiasiyasının illik qurultayı zamanı bildirib. Jurnalistin koqnitiv problemləri olsa, prezidentlikdən istefa verib-verməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp müsbət cavab verib.

...Bəli, öhdəsindən gələ bilməyəcəyimi başa düşsəm bunu edərdim. Mən prezidentliyə namizəd olan hər kəsin qabiliyyət imtahanı verməsini istəyirəm, məncə, bu, əla ideyadır,-o əlavə edib.

Tramp əvvəllər Kamala Harrisin təcrübəli siyasətçilərin əlində “oyuncaq olacağını” demişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə