İranın ali dini lideri Əli Xamneyi “HƏMAS” Siyasi Bürosunun lideri İsmayıl Həniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirilməsi barədə göstəriş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” İran rəsmilərinə istinadən yazıb.
Qeyd olunur ki, müvafiq qərar İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı qəbul edilib.
...Bundan əvvəl “HƏMAS”-ın Livandakı nümayəndəsi Mahmud Tah demişdi ki, Haniyənin ölümünə görə məsuliyyət İsrail və ABŞ-ın üzərinə düşür və bu barədə Vaşinqtonla razılaşdırılıb.
Onun fikrincə, hərəkatın liderinə zərbə endirilməsi Yaxın Şərq regionunda genişmiqyaslı müharibəyə səbəb ola bilər və ABŞ belə bir eskalasiyaya görə məsuliyyət dərəcəsini dərk etməlidir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ABŞ İsrailin “HƏMAS” siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni Tehranda məhv etmək planları barədə əvvəlcədən məlumatlı deyilmiş.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB